Qalmaqallı fotoya görə işdən qovulan müəllimə yeni iş təklifindən imtina etdi - FOTO

Qalmaqallı fotoya görə işdən qovulan müəllimə yeni iş təklifindən imtina etdi - FOTO
MARAQLI

26 mart 2019, 18:04

Mətn ölçüsü

Açıq-saçıq şəkillərinə görə işdən qovulan Rusiyanın Barnaul şəhərində yerləşən orta məktəblərdən birinin müəlliməsi Tatyana Kuvşinnikova az keçməmiş yeni iş təklifi alıb.

News24.az
bildirir ki, Tatyananın məktəbdən qovulmasına əsas səbəb kolleqaları olublar. Məktəbdə çalışan digər müəllimələr sözügedən fotoları əllərində "bayraq" edərək, təkcə Tatyananı deyil, eyni zamanda, onun həmin məktəbdə oxuyan oğlunu da ləkələyiblər. Məsələ rəhbərlik səviyyəsinə çatdıqda isə müəlliməyə məcburi ərizə yazdıraraq, onu işdən qovulmaqdan betər ediblər. 

Məsələyə qarışan Altay vilayətinin təhsil şöbəsinin rəhbərliyi Tatyanaya qarşı atılan bu addımı yalnış qiymətləndirərək, ona başqa bir məktəbdə iş təklif ediblər. Lakin rus dili və ədəbiyyatı müəlliməsi təklifi qəbul etməyib. O, bildirirb ki, artıq ümumtəhsil məktəblərində çalışmaq istəmir. Üstəlik də bunu onunla əlaqələndirib ki, maaş çox azdır.