Ana gey oğlu üçün uşaq doğdu - FOTO
    • 4-04-2019, 13:09
    • 2 092

Ana gey oğlu üçün uşaq doğdu - FOTO

Amerikanın Nebraska ştatının Omaxa şəhərində yaşayan qadın gey oğlu üçün surroqat ana olub.

News24.az
xəbər verir ki, 2018-ci ildə həmcins cütlük Metyu Elec Elliot Doqerti uşaq sahibi olmaq qərarına gəliblər. Əvvəlcə Doqertinin bacısı surroqat ana olmaq üçün onlara təklif edib. Lakin Nebraskanın köhnə düşüncəli ştat olmasından dolayı cütlük ehtiyat edib. Hətta onlar aidiyyatı qurumlara da müraciət etməkdən çəkiniblər. Lakin Metyunun anası Sesil cütlüyün bu fikrini dəstəkləyib.

Sesil gey oğlu üçün onun sevgilisi Elliotdan hamilə qalıb. Nəticədə bu ilin 25 martında Metyu və Elliot üçün qız uşağı dünyaya gətirib. Uşağın adını Uma Luiz qoyublar.

Sesil eyni gündə həm ana, həm də nənə olub.