Tanınmış iş xanımı Tovuz mətbəxi açmaq istəyir - VİDEO
    • 7-04-2019, 21:19
    • 1 936

Tanınmış iş xanımı Tovuz mətbəxi açmaq istəyir - VİDEO

Tanınmış iş xanımı Ruhi Əliyeva növbəti video bloqunu təqdim edib.

News24.az xəbər verir ki, R.Əliyeva bu dəfə faydalı tərəvəz salatı hazırlayıb. Ruhi Əliyeva bu yaxınlarda Tovuz mətbəxi açmaq istədiyini deyib: “Ola bilsin ki, bu yaxınlarda Tovuz mətbəxi açdım. Çünki yaxşı xəngəl, qutab, kalapır, bizə aid bozartma yemək istəyirəm,  amma yer tapa bilmirəm. Evdə isə özümün hazırlamağa o qədər də vaxtım olmur. Düşündüm ki, hazırlaşıb bir Tovuz mətbəxi açım. Sizin rəyləriniz də mənə önəmlidir. O səbəbə rəylərinizi gözləyirəm, dəyərli izləyicilərim".