Banqladeşdə gənc ana 1 ayda 2 dəfə doğdu
    • 9-04-2019, 16:13
    • 1 444

Banqladeşdə gənc ana 1 ayda 2 dəfə doğdu

Banqladeşdə qəribə hadisə baş verib. 

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, dünyaya oğlan uşağı gətirən 20 yaşlı ana daha əkiz uşağa da hamilə qaldığından xəbərsiz olub. Vaxtından 1 ay əvvəl doğuş edən Arifə Sultanə 9 ayın tamamında yenidən dünyaya uşaq gətirib. 

Qadın bu ilin fevral ayında oğlan doğub. 26 gün sonra isə yenidən sancısı tutub. Xəstəxanaya gətirildikdə onun iki uşaqlığı olduğu aşkarlanıb. Bəlli olub ki, A. Sultanə 2 dəfə hamilə qalıb. Bu dəfə keysəriyyə əməliyyatı ilə qadın dünyaya əkiz uşaq - oğlan və qız gətirib. 

Uşaqların səhhəti normaldır. 

Qeyd edək ki, qadınlarda iki uşaqlığın olması nadir rast gəlinən haldır.