Dünyanın ən reytinqli muzeyləri BUNLARDIR
    • 13-04-2019, 11:08
    • 1 051

Dünyanın ən reytinqli muzeyləri BUNLARDIR

Sosial şəbəkələrdə ən populyar muzeylərin reytinqi yer alıb.

News24.az
bildirir ki, həmin muzeylər aşağıdakılardır:

Siyahıda 1-ci yeri ən çox ziyarət edilər Luvr muzeyi tutur. Ekspertlərin fikrincə Parisdə yerləşən muzeyin daha çox ziyarət edilməsinə səbəblərdən biri dünyaca məşhur müğənni Beyons və repçi Jay-Z-nin orada klip çəkdirməkləridir. 
Ötən il muzeyi 10 milyondan çox adam ziyarət edib.

İkinci yerdə Pekində yerləşən Çin Milli Muzeyi durur. Muzeyi 8.6 milyon adam ziyarət edib.

Üçüncü yerdə Nyu-Yorkda yerləşən Metropoliten muzeyi var. Muzeyin ziyarətçilərinin sayı 7 milyona çatıb.

Top 10-da növbəti yerlərdə Vatikan muzeyi, Londonda yerləşən Teyt Müasir Qalereya Muzeyi, London Milli Qalereyası, Vaşinqtonda yerləşən Milli İncəsənət Qalereyası, Peterburqda yerləşən Ermitaj və Londonda yerləşən Viktoriya və Albert Muzeyi qərarlaşıblar. 

Azər NƏSİBOV