Ukrayna prezidenti Zelenski Azərbaycanda olarkən - FOTOLAR
    • 22-04-2019, 17:19
    • 3 998

Ukrayna prezidenti Zelenski Azərbaycanda olarkən - FOTOLAR

Ukraynanın yeni seçilmiş prezidenti, məşhur şoumen Vladimir Zelenski Azərbaycana səfərləri çərçivəsində çəkilmiş fotoları ilə gündəmə gəlib.  

News24-az-ın məlumatına görə, iki dəfə ölkəmizdə səfərdə olan V.Zelenski Bakıda və Qəbələdə olub. 

O, ilk dəfə 2017-ci ilin iyununda Bakıya gəlib. 

Səfərləri zaman Qobustan qayaüstü rəsmləri ilə foto çəkdirib və onunla bağlı fikirlərini bölüşüb, eləcə də, Azərbaycan mətbəxinin milli yeməklərini dadıb.

İkinci səfəri zamanı isə V.Zelenski komandası ilə Qəbələyə qastrola gəlib və burada 12-ci Beynəlxalq “Veselo” Yumor Festivalında iştirak edib. 

Qeyd edək ki, dünən Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. İlkin hesablamalara görə, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski səslərin 73,07%-ni toplayıb, hazırkı prezident Pyort Poroşenko isə 24,59% səs qazanıb.