Maşın palçığa batdı - səfir yarı yolda qaldı
    • 8-05-2019, 12:55
    • 1 327

Maşın palçığa batdı - səfir yarı yolda qaldı

Çerkask vilayətinə səfər edən Kanadanın Ukraynadakı səfiri Roman Vaşukun avtomobili palçığa batıb. Çətin vəziyyətə düşən sürücünün köməyinə yerli camaat çatıb.

Onlar diplomatın maşınının palçıqdan çıxarmağa yardım ediblər.

News24.az-ın xarici mətbuata istindla verdiyi xəbərə görə, bu haqda səfir öz “Tvitter” səhifəsində yazıb. Palçığa batmış maşının fotosunu paylaşan Vaşuk “Bu ərazi məhsuldarlığı ilə məşhurdur. Amma yağışla gilin qarışığı sürücülərə, xüsusən mənim kimi torpaq yola alışmayanlar üçün problemdir”. Səfir eyni zamanda ona yardım edən yerli camaata təşəkkürünü də çatdırıb.