"Survivor"dan ayrılan iştirakçı hər şeyi danışdı:
    • 31-05-2019, 12:35
    • 1 298

"Survivor"dan ayrılan iştirakçı hər şeyi danışdı: "Meşədə kamera yox idi və..." - VİDEO

"Survivor" yarışmasından ayrılan iştirakçı Atakan maraqlı açıqlama edib. 

News24.az xəbər verir ki, digər iştirakçı Okay ilə aralarında baş verən qalmaqal barədə ilk dəfə danışan Atakan bunları deyib: "Komandaların bölünəcəyini eşidəndə kimlərin eyni komandada olacağı ilə bağlı danışdıq. Mən Yusuf və Okay ilə eyni komandada olacağımızı eşidəndə çox sevindim. Açıqlamanın olduğu gecə meşəyə getdim. Okay fikirli idi. Orada kameralar olmadığı üçün rahat danışdıq və mənə bir komandada olmağımızın biz ziyan verəcəyini dedi. Çünki hər birimiz güclü idi. Yarışmanın sonunda isə bir-birimizi kənarlaşdırmalı olacaqdıq. Mənim fikrimi düzgün başa düşmədi və mübahisə yarandı. Kamera qarşısında mənim plan qurduğumu dedi. lakin sonradan məni başa düşdü və üzr istədi".