Leyla Əliyeva və Alyona Qavrilova bir arada - FOTO

Leyla Əliyeva və Alyona Qavrilova bir arada - FOTO
MARAQLI / Foto

29 iyul 2019, 15:35

Mətn ölçüsü

Xalq artisti Emin Ağalarov ötən gün bağlanış mərasimi baş tutan "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı paylaşım edib. 

News24.az xəbər verir ki, paylaşılan fotolar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın E.Ağalarovun həyat yoldaşı Alyona Qavrilova ilə olan fotosu da yer alıb. 

Emin Ağalarov paylaşımını belə şərh edib: "Bu dörd gün unudulmaz idi. Bütün sənətçilərə, festivaldakı qonaqlara və böyük komandama təşəkkür edirəm. Dəstəyə görə isə doğmalarıma və yaxınlarıma ayrıca minnətdarlığımı bildirirəm. Növbəti il isə "Jara 5". Biz artıq hazırlaşmağa başlayırıq".