2024-cü ildə dünya əhalisi nə qədər artıb?

2024-cü ildə dünya əhalisi nə qədər artıb? Maraqlı


2024-cü ildə dünya əhalisi əvvəlki illə müqayisədə təxminən 82 milyon nəfər artıb.

News24.az xəbər verir ki, bu məlumatı Almaniyanın Dünya Əhali Fondu (Deutsche Stiftung Weltbev lkerung, DSW) yayıb.

Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-dək dünyada 8,156 milyard insan yaşayacaq.

Əhali artımı əsasən Afrikada müşahidə olunur.

BMT-nin məlumatına görə, 2037-ci ildə dünya əhalisi 9 milyardı keçə bilər.//axar