"Huawei" telefonu işlədənlərə ŞAD XƏBƏR

"Huawei" telefonu işlədənlərə ŞAD XƏBƏR
MARAQLI

17 avqust 2019, 12:04

Mətn ölçüsü

ABŞ "Huawei" brendi ilə bağlı yeni məlumat yayıb. 

News24.az "Reuters"ə istinadən xəbər verir ki, "Huawei" şirkətinə ABŞ-dan detalların alınması üçün lisenziyanın müddətini 90 günlük artırıb. Məlumatda qeyd edilib ki, lisenziyaya əsasən avadanlıq şəbəkə və proqram təminatlarının dəstəklənməsinə də kömək edəcək. 

Qeyd edək ki, mayın 15-də ABŞ Prezidenti Donald Trump, ABŞ-ın informasiya və rabitə infrastrukturunu xarici təhdidlərdən qorumaq üçün fövqəladə vəziyyət rejimini tətbiq edən fərman imzalayıb. Bununla əlaqədar, ABŞ Ticarət Nazirliyi 17 May tarixində milli təhlükəsizliyə təhdid olduğuna görə "Huawei" markasını qara siyahıya salıb.

2018-ci ilin avqust ayında Trump, ABŞ-ın dövlət idarələrinə "Huawei" digər Çin şirkəti ZTE tərəfindən istehsal olunan avadanlıqlardan istifadəsini qadağan edən qərar imzalayıb.