AzTV-dən yeni loqo ilə bağlı açıqlama:
    • 16-09-2019, 14:06
    • 1 630

AzTV-dən yeni loqo ilə bağlı açıqlama: "Müasirliklə ayaqlaşmağa çalışırıq"

“AzTV tarixi keçmişə və 63 illik zəngin ənənələrə malik doğma kanalımızdır. Odur ki, bu ənənələr qorunur və daim qorunacaq. Lakin biz müasir dövrdə yaşayırıq və müasirliklə ayaqlaşmağa çalışır, dəyişirik. Odur ki, zamanın tələbləri də bizim üçün önəmlidir. Amma bütün bunlarla paralel biz gələcəyə baxırıq. 3 bucağın rəmzi mənları da budur. Beləliklə, fiqurun hər 3 tərəfi özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma, eləcə də gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir”.

Bu sözləri "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov AzTV-nin loqosunun dəyişməsi ilə bağlı News24.az-ın sualını cavablandırarkən deyib: “Azərbaycan TV və Radio QSC üç kanalı özündə birləşdirir. Əgər fikir verirsinizsə hər 3 kanal özlüyündə Azərbaycanın dövlət bayrağının rənglərini əks etdirir. AzTV - göy, Mədəniyyət - qırmızı, İdman - yaşıl rəngdədir. Başqa sözlə, dövlət bayrağımızın rəngləri artıq başqa və düşünürük ki, daha müasir və fərqli formada öz əksini tapır. 3 bucağın rəmzi mənasına gəlincə, bu fiqurla bağlı ayrı-ayrı siyasi, fəlsəfi və dini ədəbiyyatlarda müxtəlif fikirlər və açıqlamalar var. Ən mühüm fikirlərdən biri isə 3 bucağın keçmiş, bu gün və gələcəyi özündə simvolizə etməsidir. AzTV tarixi keçmişə və 63 illik zəngin ənənələrə malik doğma kanalımızdır. Odur ki, bu ənənələr qorunur və daim qorunacaq". 


***13:09

Azərbaycan Dövlət Televizyası yeni loqosunu təqdim edib.

News24.az
xəbər verir ki, logo kanalın rəsmi sosial şəbəkə hesabında yayımlanıb. 

AzTV ilə yanaşı "Mədəniyyət" və "İdman" telekanallarının da logoloları dəyişdirilib.