Seyrək və zərərçəkmiş kirpikləri uzadan formul
    • 16-09-2019, 23:04
    • 769

Seyrək və zərərçəkmiş kirpikləri uzadan formul

Kleopatra uzun kirpikləri sayəsində bir baxışla dünyanın gərdişini dəyişə bilərdi. Nazik və seyrək kirpiklər təkcə kosmetik problem deyildir.
News24.az -ın məlumatına görə, kirpiklər gözü tozdan qoruyan sipərdir. Kirpikləri seyrək olan adamların müalicəyə ehtiyacı vardır. Sinsinatti Universitetinin alimi Diya Mutazim hipotrixoz (tük seyrəkliyi) xəstəliyindən əziyyət çəkən, habelə kimya terapiyası keçmiş adamlara kömək edəcək dərman təqdim edib.
Qələm formasında buraxılan Bimatoprost dərmanı kirpiklərin uzanmasına kömək edir. Tüklər üç mərhələdə inkişaf edir: uzanma dövrü, involyusiya, reqressiya.
Dərmandan həm də qlaukomanın, gözdaxili təzyiqin müalicəsində də istifadə olunur. Bimatoprostun əks təsiri dərinin qaralması, gözlərdə quruluq və qıcıqlanma, göz qapağının qızarmasıdır.