İlin ən yaxşı smartfonu seçildi- Xəbərdar olun
    • 29-09-2019, 11:25
    • 838

İlin ən yaxşı smartfonu seçildi- Xəbərdar olun

“OnePlus 7T” 2019-cu ilin ən yaxşı smartfonu seçilib.

News24.az xəbər verir ki, reytinq “Business Insider” nəşrində dərc olunub.

Qeyd edilir ki, “OnePlus 7T”  gözəl dizayn, əla kamera və yaxşı avtonomluğa malikdir.

İkinci yeri “Apple”in “iPhone 11”i tutur. Bu smartfon 6,1 düymlük ekran, güclü prosessor, eləcə də səmərəli kamera ilə təchiz olunub.

Üçüncü pillədə “OnePlus”un daha bir modeli olan  “7 Pro” qərarlaşıb. Bu smartfon barmaq izi və üztanıma datçiklərinin olduqca sürətli olmağı ilə  seçilir.

Nəşr bildirir ki, reytinq qiymətlərin qurğunun funksiyalarına mütənasibliyinin nəzərə alınması ilə tərtib edilib.

Ən yaxşı smartfonların onluğuna həmçinin “Google” korporasiyasının iki qurğusu – “Pixel 3a” və “Pixel 3a XL”, eləcə də “OnePlus 6T”, “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy Note 10 Plus”, “Samsung Galaxy S10” və “Galaxy S10 Plus”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” daxil edilib.