Yağ ilə kofe qarışımı arıqlamağa kömək edir
    • 29-09-2019, 15:29
    • 969

Yağ ilə kofe qarışımı arıqlamağa kömək edir

Arizonanın bioloji tədqiqatlar Universitetinin alimləri gözlənilməz nəticə əldə ediblər. Belə ki, onların fikrincə kofe ilə yağ qarışımı artıq çəkidən yaxa qurtarmağa kömək edir. Tədqiqatçılar bildiriblər ki, kofe ilə bitki və ya heyvan yağlarının qarışımı maddələr mübadiləsini yaxşılaşdırır ki, bu da zamanla çəki itirilməsinə səbəb olur.
News24.az “ziv.ru” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə bu qarışımdan effektiv nəticə əldə etmək istəyənlər müəyyən qaydalara riayət etməlidirlər. Bir fincan qəhvəyə sadəcə 10 qram yağ əlavə etmək kifayətdir. Nəticənin daha da yaxşılaşdırılması üçün şəkərdən tamamilə imtina etmək lazımdır. Ən maraqlısı da odur ki, yağı çay ilə qarışdırdıqda bu nəticəni almaq olmur. Belə ki, tiamin piyləri əritmir və mənimsənməsində xeyli çətinlik çəkir. Eyni zamanda, spirtli içkilərin istifadəsi də nəticəyə mənfi təsir göstərə bilər. Yağlanmış bağırsaq divarları spirtin bədənə hopmasının qarşısını alaraq, demək olar ki, onu tamamilə orqanizmdən uzaqlaşdırır. Amerika alimləri, o cümlədən onu da qeyd ediblər ki, bu qarışımdan gündə sadəcə bir dəfə istifadə etmək lazımdır. Əks halda müsbət nəticə əldə etmək olmur. Alimlər onu da qeyd ediblər ki, qarışım səhərlər içilməlidir. Bu zaman kofein orqanizmin işə düşməsini təmin edir və tez zamanda tonus halına gəlməsinə kömək edir. Günorta içdikdə isə qarışım əks təsir göstərə bilər.