SPA sellülit, dəri ləkələrinin müalicəsi ilə yanaşı, oynaqlarda ağrını da  azaldır
    • 4-10-2019, 23:44
    • 950

SPA sellülit, dəri ləkələrinin müalicəsi ilə yanaşı, oynaqlarda ağrını da azaldır

Soyuq və sərin su vannaları orqanizmə tonuslandırıcı təsir göstərir, ürək-damar sistemini möhkəmləndirir, maddələr mübadiləsini stimullaşdırır. Sudan başqa günəş və hava vannaları da var.

News24.az -ın məlumatına görə, termiki prosedurlarda təbii və süni istilik mənbələrindən istifadə olunur. Məsələn, isti su vannaları, hamam, sauna, qızdırıcı islatmalar, müalicəvi palçıqlar, infraqırmızı lampalar, parafin, yüksək tezlikli cərəyan və s.

Su orqanizm üçün sağlamlıq və gümrahlığı təmin edir. Bitki və yosunların ekstraktları bədənə təsir edərək onu möhkəmləndirir və sağlamlaşdırır, balzamlar isə orqanizmə tonuslandırıcı təsir göstərir. SPA prosedurları zamanı istifadə olunan aromatik yağlar dərini tonuslandıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır. Sauna və buxar kimi SPA prosedurları bədəndən şlakları və toksinləri çıxarır, ürək-damar, ürək-qan-damar, tənəffüs və sinir sistemi fəaliyyətini tənzimləyir. Dərman bitkiləri və kontras su vannaları kiçik çanaq oynaqları, böyrək və sidikçıxarıcı sistemə müsbət təsir göstərir.

SPA prosedurları sellülit zamanı, dərinin piqment ləklərinin müalicə və profilaktikasında da istifadə olunur. Prosedurlar təkcə dəriyə və dərialtı toxumaya deyil, həmçinin bütövlükdə orqanizmə təsir edir, iş qabiliyyətini artırır, oynaqlarda ağrını azaldır.