Hipertoniyadan əziyyət çəkirsinizsə -ŞOKOLAD yeyin
    • 10-10-2019, 20:23
    • 650

Hipertoniyadan əziyyət çəkirsinizsə -ŞOKOLAD yeyin

Hər gün şokolad yemək qan təzyiqini xeyli azaldır. Bu şirniyyatın təsiri yarım saat fiziki hərəkətlərlə məşğul olmağa bərabərdir.

News24.az xəbər verir ki, tədqiqatı aparan Adelaida Universiteti (Avstraliya) əməkdaşlarının sözlərinə görə, şokolad yeyən hipertoniklərin qan təzyiqi 5 faiz azalır. Tədqiqatın aparıldığı beş il ərzində sınaqlara qatılan insanların ürək tutmasından, yaxud insultdan qurtulmaq şansları 20 faiz artıb. İndi alimlər qan təzyiqini azaltmaq üçün şokoladın optimal miqdarını aydınlaşdırmağa çalışırlar. Tədqiqat iştirakçıları isə gündə 6-100 qram şokolad yeyiblər.
Şokoladın, xüsusən qara şokoladın tərkibində flavanollar vardır. Flavanollar təkcə kakao paxlasının deyil, pomidorun, qırmızı şərabın və yaşıl çayın tərkibində vardır. Bu maddələr olduqca səmərəli təbii antioksidantlar sayılır. Onlar qanda damarların daxili divarlarında hüceyrələrin funksiyalarını tənzimləyən azot oksidinin konsentrasiyasını artırır. Flavanollar qan dövranını tənzimləyir, qan təzyiqini salır. Nəticədə insult və infarktların yaranması riski də azalır.