"İnstagram"da özünü gözəlləşdirənlərə BƏD XƏBƏR QADAĞALAR GƏLİR
    • 25-10-2019, 08:41
    • 738

"İnstagram"da özünü gözəlləşdirənlərə BƏD XƏBƏR QADAĞALAR GƏLİR

"İnstaqram filtrləri istifadəçilərin özlərini olduqları kimi qəbul etmələrinə, görünüşlərindən məmnuniyyətlərinə mənfi təsir göstərir. Sosial şəbəkə insanlarda  dismorfofobiyaya yaradır və plastik cərrahların köməyinə müraciət etmək istəyini artırır".

News24.az xəbər verir ki, belə bir araşdırma "Huffington Post"da yer alıb. Sözügedən yazıdan sonra İnstaqram üçün genişlənmiş reallıq texnologiyası ilə filtrlər hazırlayan "Spark AR" şirkəti geniş miqyaslı qalmaqalın baş verməməsi üçün dərhal insanların üzlərini tanınmaz hala salan " və sosial şəbəkələrin gözəllik standartlarına tam uyğun olan virtual maskaların platformadan çıxarılacağını elan edib. Bu, birbaşa şirkət və ya İnstaqram istifadəçiləri tərəfindən yaradılan və hələ təsdiqini gözləyən mövcud filtrlərə aiddir.

"Spark AR filtrlərinin istifadəsinin istifadəçilərə müsbət  təcrübə olmasını istəyirik və istifadəçilərin rifahı ilə əlaqəli qaydalarımızı daima nəzərdən keçiririk. Plastik cərrahiyyə effekti ilə olan bütün filtrləri İnstaqramdan çıxaracağıq, eyni effekti olan yeni filtrlərin verilməsini dayandıracağıq və bu qaydalara zidd olan yeni tapılmış maskaların silməsini davam etdirəcəyik" deyən şirkət rəsmisi qeyd edib.