Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”da - FOTO - VİDEO

Cem Yılmazın gözlənilən komediyası “CinemaPlus”da - FOTO - VİDEO
MARAQLI / Video / Foto

25 oktyabr 2019, 12:05

Mətn ölçüsü

“28 Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler” komediyasının premyerası baş tutub.

“CinemaPlus”-un mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bir bilet alan tamaşaçılar iki film izləyəcək. Ekran işinin birinci seriyası – “Kaçamak” filmi, tətilə çıxan 4 dostun başlarına gələn əyləncəli hadisələrdən bəhs edir. İkinci filmdə isə hadisələr bir gəmidə baş verir. “2 arada” adlanan ekran işi Ayzek adlı şəxsin həyatından bəhs edir.

Ayzek rolunu Cem Yılmaz ifa edir. Həmçinin, ekran əsərinin rejissorluğu da ona məxsusdur. Filmlərdə baş rolları Zafer Algöz, Özkan Uğur canlandırıb.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

YouTube