Siqaret çəkməyi tərgitmək üçün 10 hiylə

Siqaret çəkməyi tərgitmək üçün 10 hiylə
MARAQLI

27 oktyabr 2019, 01:29

Mətn ölçüsü

Siqaretdən uzaqlaşmaq üçün insan özü mübarizə aparmalıdır. Çünki, insana təsir edən nikotin qanda adrenalin, əsəb, həyəcan keçirdiyi zaman tələb olunur. Bu zaman insanda iradə, səbr olmalıdır ki, onu özündən müəyyən vasitələrlə uzaqlaşdırsın.
News24.az bildirir ki, hər “bazar ertəsindən başlayaraq” və ya “məzuniyyət başlayan kimi” siqaret çəkməyi tərgitmək cəhdləri uğursuzluqla nəticələnirsə, Allen Karrın əsərləri isə səni yuxuya aparırsa, o zaman tütünə qarşı həvəsin öhdəsindən gəlmək üçün sənə aşağıdakı hiylələr kömək edəcəkdir.
1. Siqaretləri başqa bir şeylə əvəz edin
Məyusluq, əsəbilik və narahatlıq hissləri səni yenə də siqaret çəkməyə vadar edə bilər.
Bunun baş verməməsi üçün nikotinli yapışqandan, nikotinli konfetlərdən, həblərdən və ya xüsusi saqqızdan istifadə etməyə cəhd et. Bunun kifayət etmədiyini hiss edirsənsə, həkimə müraciət et.
2. Başqaların dəstəyinə arxalanın
Dostlarınıza, qohumlarınıza və iş yoldaşlarınıza siqaret çəkməyi tərgitmək qərarınız haqqda xəbər verin. Dəstək qrupuna qoşulun, forumda qeydiyyatdan keçin- bu mənfi vərdişi atanlar ilə daha çox ünsiyyət qurun.
3. Hirsinizi cilovlayın
Nikotin rahatlaşmağa kömək edir? Əgər sən bundan əminsənsə, təcili şəkildə yeni stress atma üsulu tap. Bu müntəzəm masaj, rahatlaşdıran musiqi, yoqa və ya çay ola bilər.
4. Ayıq qal
Səhərlər bir fincan kofeni müvəqqəti olaraq çay ilə əvəz etməyiniz məsləhətdir. Yemək yedikdən sonra siqaret çəkənlərə isə bu müddət üçün başqa bir məşğuliyyət tapmaq lazımdır. Məsələn, dişləri təmizləmək və ya saqqız çeynəmək.
5. Təmizlik işləri ilə məşğul ol
Sonuncu siqareti çəkdikdən sonra dərhal bütün külqabılarını və alışqanları atın getsin. Mənzili yaxşıca təmizləyin, pərdələri bir neçə dəfə yuyun, xalçaları təmizləməyə göndərin ki, əşyalara və mebelə hopmuş siqaret tüsdüsünü yox edəsən. Əgər bunu etməsən, iy qoxu sənə həmişə yenicə atdığın vərdişi xatırladacaqdır.
6. Atmağa yenə və yenə cəhd et
Bir çox adam yarı yolda böhran yaşayıb, yenədə siqaret çəkməyə başlayırlar. Belə hallardan  özünüzü daha da yaxşı tanımaq üçün istifadə edin. Siqaret üçün əl uzatmağa nəyin səbəb olduğunu təhlil edin. Və, hökmən siqareti atacağın dəqiq bir günü seç.
7. Daha da çox hərəkət et
Qaçış, futbol oyunu, roliklər sürdüyünüz zaman adam siqaret çəkmək istəmir. İstənilən hərəkət sənə bəzi abstinent sindrom əlamətlərini yumuşaltmağa və
ən azı bir müddətlik tütünü unutmağa kömək edəcəkdir.
8. Diyetaları unut
Eyni anda siqaret çəkməyi atmaq və diyetada oturmaq – çox çətin bir tapşırıqdır. Lakin, əgər sən, nə ilə qidalandığına fikir verməsən, o zaman sən öz bədən formanı itirib bir neçə kiloqram yığmaq riski ilə qarşılaşırsan. Öz gündəlik rasionunu faydalı ərzaqlarla müxtəlifləşdirməyə çalış. Sağlam qida haqqında ədəbiyyat oxu, mağazalara getdikdə isə, etiketlərə diqqət yetir. Bu yolla sən öz çəkini qoruya biləcəksən.
9. Özün üçün bir hədiyyə fikirləş
Siqaret çəkməyi atarkən sən pullarına qənaət edirsən. Bir gün, həftə və ya ay ərzində siqaretlərə pul xərcləməyəcəyin məbləği hesabla. Sonra isə mağazaya yollan və həmin məbləğə özünə bir hədiyyə  al.
10. Sağlamlığın haqqında düşün
Siqaret çəkməkdən imtina arterial təzyiqi və nəbzin sürətini azaldır. Qanda  karbon oksidinin səviyyəsi artıq siqaretsiz ilk gün ərzində normaya qayıdacaqdır. Siqaret çəkməkdən  imtinaya aid bacardığın qədər çoxlu faktlar tap və bəyəndiklərini stikerlər üzərində yazıb bütün mənzil boyu yapışdır.