264 saat oyaq qalan adam: - Tarix yazdı

264 saat oyaq qalan adam: - Tarix yazdı Maraqlı

1964-cü ildə San Dieqodan (Kaliforniya) tələbələr Randy Gardner və Bruce McAllister elm sərgisi layihəsinin bir hissəsi olaraq könüllü insan yuxusuzluğunun sərhədlərini sınaqdan keçirmək qərarına gəliblər.

News24.az xəbər verir ki, 17 yaşlı Randy Gardner 264 saat, yəni 11 gün 25 dəqiqə oyaq qalaraq o dövrün dünya rekordunu qırıb. 

Bu təəccüblü təcrübə həm insanın dözümlülüyünü, həm də yuxusuzluğun təsirlərini ortaya qoyub.

Təcrübə, Dr.William Dement və tibb zabiti podpolkovnik Con J. Rossun nəzarəti altında baş verib. Tədqiqatçılar Gardnerdə yuxusuz ikinci gündən müxtəlif effektlərin görünməyə başladığını bildiriblər.

Gardner yanıltmaclar ilə sınaqdan keçirildikdə sözlərində büdrəməyə başlayıb.

Üçüncü günə qədər o, əhval dəyişikliyi, konsentrasiyanın olmaması, qısamüddətli yaddaş itkisi, paranoyya kimi ciddi simptomlar göstərib.

Gardnerin fiziki cəhətdən sağlam olduğunu ifadə edən Dr.Dement, "Onu basketbol və ya boulinq kimi fəaliyyətlərlə stimullaşdıra bilərik. Ancaq gözlərini yuman kimi yuxuya gedirdi" deyib.

264,4 saatlıq yuxusuzluq marafonundan sonra Gardner 14 saatlıq dərin yuxu keçirib və oyananda yorğunluq hiss etmədiyini deyib. Ancaq illər sonra o, WBUR-a yuxusuzluq problemi yaşadığını və bunun təcrübənin nəticəsi olduğunu söyləyib.

Qeyd edək ki, Gardnerin rekordu insan orqanizminin sərhədlərini sınaqdan keçirən nailiyyət kimi tarixə düşüb. Ancaq yuxusuzluğun fiziki və ruhi sağlamlığa mənfi təsirlərini vurğulayan bir xəbərdarlıq kimi də xidmət edir.


Məryəm İlhamqızı