Qadın hakim Kakaya həyatının şokunu yaşatdı -VİDEO
    • 30-10-2019, 21:27
    • 756

Qadın hakim Kakaya həyatının şokunu yaşatdı -VİDEO

İsrail və braziliyalı veteran futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə baş verib.

News24.az xəbər verir ki, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.

Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.

Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəlib. Qolları Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub.