Mandarinin sağlamlıq üçün TƏHLÜKƏSİ
    • 11-11-2019, 15:12
    • 912

Mandarinin sağlamlıq üçün TƏHLÜKƏSİ

Mandarinin insan sağlamlığı üçün təhlükəli olduğu açıqlanıb.

News24.az
xəbər verir ki, dietoloqlar mədə-bağırsaq və qastrit xəstəliyi olan insanların mandarin yeməkdən çəkinməli olduqlarını deyiblər. Buna səbəb isə meyvənin tərkibindəki turşunun mədəyə mənfi təsir göstərməsidir. Vurğulanıb ki, boş mədəyə mandarin yeyən sağlam insan da narahatlıq hiss edə bilər.

Həkimlərin sözlərinə mandarininn qabığının təmizlənməsi üçün istifadə edilən göbələyə qarşı məhlul da sağlamlığa ziyan vura bilər. Buna görə meyvənin qabığını bişirməyə dəyməz. Gündə 2-3 mandarin yemək olar.

Sitrus meyvələri payızda və qışda faydalıdır, çünki bədənə zərər verən bakteriya və göbələklərin inkişafına mane olan vitamin və antioksidanlarla doludur. Bu meyvənin tərkibində A vitamininin prekursoru olan beta-karotin var. Narıncı rəngin daha parlaq olması, daha çox beta-karotin deməkdir. Bu isə selikli qişaların yenilənməsi üçün lazımdır.

Meyvədə ürək üçün faydalı kalium var. Bu orqanı gücləndirir və artıq mayeni çıxarır. Qabığın altındakı meyvənin içindəki ağ qatda isə faydalı antioksidanlar mövcuddur.