"Eurovision 2020"-nin LOQOSU TƏQDİM OLUNDU - VİDEO
    • 28-11-2019, 14:19
    • 1 184

"Eurovision 2020"-nin LOQOSU TƏQDİM OLUNDU - VİDEO

"Eurovision 2020" mahnı müsabiqəsinin logosu təqdim olunub.

News24.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, loqotip 41 iştirakçı ölkənin bayraqlarını simvolizə edən bir neçə şüanın aralıqlı yerləşməsindən ibarət dairədir.

Loqo dizaynını minimalist və eksperimental adlandıran beynəlxalq müsabiqənin icraçı istehsalçısı Sitse Bakker "O, hekayəni izah edir, rəngarəng, şən və ən əsası geniş tətbiq olunur" deyib. Gələn il müsabiqə "Açıl" şüarı altında keçiriləcək.

"Eurovision 2020"-nin 65 illik yubileyi Rotterdamda "Rotterdam Ahoy" konfrans mərkəzində Eurovision keçiriləcək. 41 ölkə müsabiqədə iştirak edəcəklərini təsdiqləyib.

Xatırladaq ki, ötən il "Eurovision"-da "Arcade" mahnısı ilə ifaçı Duncan Lawrence-nin qalib olub.