"Whatsapp"da bu funksiya "dörd gözlə" gözlənilir

"Whatsapp"da bu funksiya "dörd gözlə" gözlənilir
MARAQLI

28 noyabr 2019, 22:54

Mətn ölçüsü

Dark mode, yəni qaranlıq mod bu ilin trendinə çevrildi.


News24.az "Technote"a istinadla xəbər verir ki, bir çox proqramlar qaranlıq mod funksiyasını özünə tətbiq edərək həm istifadəçilərin gözlərinin yorulmasının qarşısını aldı, həm də telefonların daha az enerji xərcləməsinə səbəb oldu.


Lakin bu funksiya "Whatsapp"da özünü tam mənada göstərə bilmədi. Hər dəfə Beta versiyaya əlavə edilən qaranlıq mod sonra təkrar yoxa çıxır. Bu səfər də eynisi oldu.