"iPhone" fanatlarına şad xəbər - "iPhone 12 Pro Max" GƏLİR

"iPhone" fanatlarına şad xəbər -
MARAQLI

09 dekabr 2019, 17:14

Mətn ölçüsü

"Apple" şirkəti 2020-ci ildə təqdim edəcəyi yeni "iPhone"larla bağlı məlumat yayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda 2020-ci ilin yaz aylarından başlayaraq 5 yeni telefon modelin təqdim ediləcəyi bildirilib. 

Qeyd olunub ki, ilk telefon daha öncə təqdim edilən "SE" modelini əvəzləyəcək. 

Payızda isə şirkət dörd smartfon üçün ənənəvi təqdimat keçirıcık. Sözügedən əsas flaqman iPhone 12 5.4 düymlük ekrana sahib olacaq. Ehtimal olunur ki, digər iki cihaz "iPhone 12 Pro" və "12 Plus" adlarına sahib olacaq.  "iPhone 12 Plus" 6.1 düymlük ekrana, 6 giqabayt operativ yaddaş və üçlü əsas kameraya sahib olacaq. 

Xəttin ən böyük flaqmanı "iPhone 12 Pro Max" adlandırılacaq. O isə 6.7 düymlük displey və üçlü kamera ilə çıxacaq.