Bakıda möhtəşəm ticarət mərkəzi və yeni Fəvvarələr meydanı tikiləcək - FOTOLAR
    • 10-12-2019, 16:55
    • 3 171

Bakıda möhtəşəm ticarət mərkəzi və yeni Fəvvarələr meydanı tikiləcək - FOTOLAR

Paytaxt Bakıda yeni ticarət mərkəzlərinin tikintisi gələcək illərdə də davam edəcək.

News24.az xəbər verir ki, “Baku City Mall” Ağ Şəhərdə tikiləcək. Bura təkcə Ağ Şəhər sakinləri üçün deyil, həm də bütün Bakı üçün əsl "maqnit" olacağını vəd edir. Bildirilir ki, yeni məkan paytaxtın ən böyük ticarət və əyləncə mərkəzi olacaq. Layihənin xüsusiyyətlərindən biri panoramik görünüşü olan nəhəng olimpiya ölçülü buz konkisi, həmçinin kafelər, restoranlar, butiklər və Bakı bulvarı, Şeytan çarxı və Bakı buxtasının inanılmaz mənzərəsidir.

“Baku City Mall”-da 200 otaqlı otel və 7 min avtomobil üçün  dayanacaq yerləşəcək.

Layihə əsas vizual material kimi xüsusi hazırlanmış ağ betondan, şüşə pərdə divarlarından, təbii mis və bürüncdən hazırlanmış heykəltəraşlıq metal panellərdən istifadə edərək, Bakının mövcud monumental memarlığını əks etdirmək məqsədi daşıyır. Bu barədə rəsmi veb saytında DLR Group yazıb.

Onu da qeyd edək ki, Ağ Şəhərin baş planında yeni Fəvvarələr meydanının tikinti də planlaşdırılır. “Baku City Mall” ilə Fəvvalərlər meydanını isə Nobel prospekti üzərində salınacaq 234 metrlik körpü birləşdirəcək.