31 dekabrdan etibarən
    • 10-12-2019, 22:55
    • 1 298

31 dekabrdan etibarən "WhatsApp" işləməyəcək

Milyonlarla istifadəçisi olan “WhatsApp” artıq bəzi telefonlarda işləməyəcək.
News24.az xarici mətbuata istinadən xəbər verir ki, 1 fevral 2020 tarixindən etibarən “WhatsApp” Android 2.3.7 və İOS 8 əməliyyat sistemlərində və onlardan əvvəlki versiyalarda istifadə edilə bilməyəcək.
Həmçinin 31 dekabr tarixindən etibarən məşhur mesajlaşma proqramının bütün “Windows” əməliyyat sistemi ilə çalışan telefonlarda istifadəsi dayandırılacaq.