Bakıda yol polislərindən NÜMUNƏVİ HƏRƏKƏT – FOTO
    • 13-12-2019, 10:39
    • 929

Bakıda yol polislərindən NÜMUNƏVİ HƏRƏKƏT – FOTO

Bakıda yol polisləri tuneldə təkəri partlamış avtomobilə yaxınlaşaraq sürücüyə kömək ediblər.

News24.az-ın məlumatına görə, Babək prpspekti ilə Yusif Səfərov küçəsinin kəsişməsindəki tuneldə minik avtomobilinin təkəri sıradan çıxıb. Dərhal ərazidəki yol polisi əməkdaşları sürücüyə yaxınlaşaraq kömək təklif ediblər. Yol polisləri ustalara xas olan peşəkarlıqla avtomobilin təkərini dəyişdirməkdə sürücüyə kömək ediblər.

ərazidən keçən digər avtomobillərin sürücüləri yol polislərinin humanist hərəkətini rəğbətlə qarşılayıb.