ABŞ-a köçən Zeynəb Xanlarova burada dəbdəbəli xeyriyyə fondu yaradıb FOTOLAR
    • 17-12-2019, 00:41
    • 1 682

ABŞ-a köçən Zeynəb Xanlarova burada dəbdəbəli xeyriyyə fondu yaradıb FOTOLAR

Bu günlərdə ABŞ-a köçdüyü müəyyənləşən Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə bağlı maraqlı məlumatlar yayılmaqdadır.

News24.az xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, Zeynəb Xanlarovanın ABŞ-a köçü 2012-ci ildən başlayıb. Xalq artisti 7 il əvvəl Amerikada ZEYNAB KHANLAROVA FOUNDATION-u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. 

Millət vəkili 2013-cü ildə Bruklində (Nyu Yorkun beş borosundan biri), Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 2500 fut (232.2 kv. m.) sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni aylıq icarəsi 10 min dollar. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir.
Qeyd edək ki, bu ayın sonlarında - dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.