"Google", “Youtube”, “Gmail” ÇÖKDÜ

"Google", “Youtube”, “Gmail” ÇÖKDÜ
MARAQLI

19 dekabr 2019, 12:29

Mətn ölçüsü

Dünyanın bəzi ölkələrində, "Google" sistemi, “Youtube”, “Gmail”, “Google Analytics” platformaları işləmir.

News24.az “CNNTurk”ə istinadən xəbər verir ki, Türkiyə və Yaponiyada platformaların fəaliyyətində problem yaranıb.

Hazırda Azərbaycanda da oxşar vəziyyət davam edir. Sözügedən şəbəkələrə giriş bəzi hallarda mümkünsüz olur. 

Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.