Tar Bakı küçəsində izdiham yaratdı - VİDEO
    • 25-12-2019, 14:07
    • 776

Tar Bakı küçəsində izdiham yaratdı - VİDEO

Bakı küçələri hər zaman olduğu kimi rəngarəngdir. Kimisi şəkil çəkdirməklə məşğuldur, digərləri sadə istirahətə müraciət edir, bəziləri isə küçələrdə rast gəldiyi küçə musiqiçilərinin ifalarını dinləməklə məşğuldur.

News24.az xəbər verir ki, sözügedən küçə musiqiçilərdən ikisi Fəvvarələr Meydanında vətəndaşların və qonaqların qarşısında çıxışlar edir. Onlar dünya musiqilərini Azərbaycan milli musiqi aləti olan tarda ifa ediblər. 

Dinləyicilər tərəfindən maraqla qarşılanılan musiqiçilərin görüntülərini təqdim edirik:

Sevda Bayramova