İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri:
    • 27-12-2019, 12:46
    • 877

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri: "Səfirliyin binasına buraxılmadım" - VİDEO

İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik “ASAN xidmət” mərkəzində işlərini asanlaşdırıb.

News24.az xəbər verir ki, bununla bağlı maraqlı video hazırlanıb və səfirliyin rəsmi facebook səhifəsində xüsusi post paylaşılıb. C.Dik qeyd edib ki, etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra işə başlamaq üçün səfirliyə yollanıb. Lakin, o, səfirlik binasına buraxılmayıb. Corc Dik bildirib ki, ondan Azərbaycan Respublikası ərazisində kriminal trarixinin olmadığını sübut edən sənəd tələb edilib. 

Səfir sözügedən sənədi əldə etmək üçün "ASAN" xidmət mərkəzinə müraciət edib. O, sənədi qısa zamanda aldığını və göstərilən xidmətdən məmnun qaldığını deyib. 

Sözügedən videonu təqdim edirik: