Yeni il gecəsi nələri yeyək, bayramdan sonra hansı pəhrizi saxlayaq? - VİDEO
    • 29-12-2019, 16:30
    • 1 735

Yeni il gecəsi nələri yeyək, bayramdan sonra hansı pəhrizi saxlayaq? - VİDEO

Bayram günlərində hazırladığınız dadlı yeməklərin dadına baxa bilərsiniz. Burada əsas şərt yeməklərin daha az yağlı hazırlanması və az miqdarda yeyilməsidir. Bayram süfrəsində tərkibində tərəvəzləri bol olan qidalara üstünlük verməyiniz məsləhətdir. Çünki tərəvəzlərin orqanizmi detoks etmə xüsusiyyəti var. Tərəvəzli yeməklərə üstünlük verərək yağlı və qızartma yeməklərin, şirniyyatların, rəngli qazlı içkilərin orqanizmdə yaratdığı toksinlərin (zəhərli maddə) orqanizmdən çıxmasına yardım etmiş olacaqsınız.

Xüsusi ilə bu cür yağlı yeməklərdən sonra rəngli qazlı içkilərin qəbulu orqanizmdə piylənməyə və həzm sistemi pozğunluqlarlına səbəb ola bilir. Mayonezli salatları mayonezsiz zeytun yağı əlavə edilmiş tərəvəz salatları ilə qazlı rəngli içkiləri kefir, ayran, şəkərsiz təbii meyvə suları ilə əvəz edə bilərsiniz. Maye qəbulunu 2,5 l-dən 3-litrə qədər artırmaq məsləhətdir. Yeməkdən 20 dəqiqə öncə 2 stəkan su qəbul etsəniz yemək vaxtı daha tez doymağınıza səbəb olacaq. Həm də maye qəbulunun artımı bu cür yeməklərdən sonra həzm sistemi pozulması nəticəsində yaranan qəbizlik problemi yaratmayacaq. Bayram günlərində qidalanma ilə əlaqədar yarana biləcək əsas və ciddi problem qidaların çox miqdarda hazırlanaraq növbəti günlərdə istifadəsidir. Çünki yeməklər 1-2 saat qaldıqdan sonra onların tərkibində bakteriyalar inkişaf edərək çoxalır və zəhərlənmələrə səbəb olur. Bu da öz növbəsində baş ağrısı, baş gicəllənmə, halsızlıq, ishal, qızdırma, qusma kimi hallara gətirib çıxarır. Buna görə də yeməkləri daha az porsiyalarla hazırlamaq lazımdır ki, növbəti günlərdə də o yeməklərdən yeyilməsin. Bu günlərdə də sağlıq problemi yaşayan insanlar; şəkər xəstələri, qan təzyiqi və xolesterolu yüksək olanlar, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər və yaşlı insanlar qidalanmalarına daha çox diqqət yetirməlidirlər. Çünki bu cür yeməklər orqanizmdə xolesterolun səviyyəsini, arterial qan təzyiqinin, qanda şəkərin yüksəlməsinə səbəb olur. Belə qidalanmadan sonra bayramdan sonrakı günlər daha çox diqqətli olmalıyıq ki, bayramda yığdığımız artıq kalorilərdən azad ola bilək.

1)maye qəbulunu 2,5-3litə qadər artırmalı
2)Səhər yeməkdən 20 dəqiqə öncə 2st ilıq su içməli
3)gün ərzində 2 dəfə öz hazırladığımız bitki çayları(cökə,itburnu,çöbanyastığıçay,yaşıl çay) 1st olmaqla içmək
4)menyuda tərəvəz və meyvələri artlrmaq
5)vitamin c tərkibli qidalarım qəbulu(portağal,limon,qreyfrut)
6)fiziki aktivlik-açıq havada yürüyüş
7)duzu və ətməhsullarını menyudan 2gün kənarlaşdırmaq
8)vaxtında yatıb,vaxtında oyanmaq
9)2günkük yediyimiz qidaların kalorisini 500-800kalori arası təşkil etməsi bizə bayramda yığdığımız artıq kalorilərdən və toksinlərdən qurtulmamıza  yardım edəcək.

Örnək menyu

Gün ərzində 2,5-3l su qəbulu

Səhər yeməyi
 
Detoks smuzi
1st su
1kivi
1yaşıl alma
1/2limon sıxın
1/2dəstə cəfəri
1incə dilim zəncəfil
2 dilim yetişmiş avakado
Blenderdən çəkin için

Arada

1st yaşıl çay+10 dənə badam

Günorta yeməyi

Yaşıl salat
Brokoli
Kahı 
Petruşka
kətan toxumu
Zeytun yağı
Xiyar
Bolqar bibəri
1çq alma sirkəsi

Arada 1st cökə və ya itburnu dəmləməsi+1 dilim ananas

Axşam yeməyi


Sobada tərəvəz
Balqabaq
Kök
Gülkıləm
Kabaçok
Az miqdarda pul bibər
1çq limon suyu
Şüyüd,kərəviz

Axşam yekdən 1saat sonra

1st kefir

Dietoloq Ofelya Tahirova / News24.az üçün