Damlanı BELƏ SEVİNDİRDİLƏR - FOTO
    • 29-12-2019, 16:58
    • 956

Damlanı BELƏ SEVİNDİRDİLƏR - FOTO

Zaqatala rayonu, Bəhmənli kəndində yaşayan 6-cı sinif şagirdi, atasız böyüyən Damla Ramazanova Yeni İl ərəfəsində Şaxta Babaya məktub yazaraq ondan çoxdandır arzusunda olduğu velosiped istəyib.

News24.az  xəbər verir ki, onun bu istəyini isə Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin Şaxta Babası yerinə yetirib.

Federasiya və məktəbin nümayəndələri ilə birlikdə Damlanın yaşadığı evə gedən Şaxta Baba balaca Damlaya velosiped və digər hədiyyələr verərək onu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib.