Yanvar ayı üçün bahalı şəhərlərin reytinqi açıqlandı - SİYAHIDA BAKI DA VAR
    • 17-01-2020, 11:28
    • 1 113

Yanvar ayı üçün bahalı şəhərlərin reytinqi açıqlandı - SİYAHIDA BAKI DA VAR

"Numbeo" statistika mərkəzi dünyanın ən bahalı şəhərlərinin reytinqini açıqlayıb.

News24.az xəbər verir ki, yanvar ayının hesabatında Sürix "Yaşayış Qiyməti İndeksi"ndə lider olub.

İlk beşlikdəki bütün yerlər İsveçrə şəhərləri arasında bölüşdürülüb. Sürixi Bazel, Lozanna, Cenevrə və Bern izləyib.

İlk onluğa həmçinin Stavanger, Oslo və Trondheim (hamısı - Norveç), Reykjavik (İslandiya) və Bergen (Norveç) daxildir. Siyahıda Azərbaycan da nyer alıb. Balə ki, Bakı 440 şəhər arasında 306-cı sırada qərarlaşıb.