65 il birlikdə yaşayan həyat yoldaşları EYNİ GÜNDƏ ÖLDÜLƏR
    • 21-01-2020, 13:31
    • 1 322

65 il birlikdə yaşayan həyat yoldaşları EYNİ GÜNDƏ ÖLDÜLƏR

ABŞ-da 65 il birlikdə yaşayan həyat yoldaşları eyni gündə vəfat ediblər.

News24.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb. Qeyd olunub ki, 86 yaşlı Cek Morrison və 83 yaşlı həyat yoldaşı Harriet Missuri ştatının Sent Luis şəhərindəki qocalar evində dünyalarını dəyişiblər. Əl-ələ tuta bilmək üçün onların çarpayıları yaxın bir-birinə yaxınlaşdırılıb. Yaşlı cütlük yanvarın 11-də bir neçə saat fərqlə ölüblər.

Bildirilib ki, onlar 1955-ci ildə tanış olublar. Avtobus sürücüsü işləyən C.Morris gələcək həyat yoldaşını sərnişinlər arasında görüb. Onu Halloween-də yeməyə dəvət edib və bu tarixdən sonra onlar ayrılmayıblar.

Cütlük 5 may 1956-cı ildə evləniblər.  Onların iki oğlu olub və biri 2007-ci ildə xərçəngdən ölüb.

Cek və Harriet yanvarın 15-də oğlunun məzarı yaxınlığında dəfn ediliblər.