Bakıda II Bakı Qəhvə və Çay Festivalı KEÇİRİLƏCƏK - FOTO
    • 23-01-2020, 16:04
    • 2 247

Bakıda II Bakı Qəhvə və Çay Festivalı KEÇİRİLƏCƏK - FOTO

Kolumbiyanın Azərbaycandakı səfirliyi, 24-26 yanvar 2020-ci il tarixlərində, 12,000-ə yaxın ziyarətçilərin olacağı ənənəvi Passage 1901 restoranında Beynəlxalq Qəhvə Assosiasiyasının (SCA) təşkil etdiyi II Bakı Qəhvə və Çay Festivalında iştirak edəcək.

Səfirlikdən News24.az-a verilən məlumata görə, festival zamanı Səfirlik təzə hazırlanmış qəhvəsini, həmçinin Kolumbiyanın qəhvəsinin pulsuz nümunələrini azərbaycanlı dövlət rəsmilərinə, kofe sektorun yerli və regional iş adamlarına təqdim edəcəkdir. İştirakçılar Kolumbiyanın qəhvə bölgələrini bilmək, qəhvəyimizin sirlərini və ölkənin müxtəlif yerlərindən ləzzət götürən qəhvələrin sirlərini öyrənə biləcəklər.

Səfirlik bu fəaliyyətlə Azərbaycanda qəhvə mədəniyyətinin təbliği, azərbaycanlılara maraqlı Kolumbiya məhsullarının tanıdılması və Qafqaza qəhvə ixracımızı artırmağımıza imkan verən şirkətlərin və nəqliyyat yollarının müəyyənləşdirilməsində maraqlıdır.

Səfirlik, bütün qəhvə həvəskarlarını 3 gün ərzində ictimaiyyətə açıq olan bu festival zamanı yaxşı bir Kolumbiya qəhvəsi dadmağa dəvət edir.