"Azerbaijan Best Awards"ın keçriləcəyi TARİX AÇIQLANDI- FOTOLAR
    • 30-01-2020, 12:31
    • 1 769

"Azerbaijan Best Awards"ın keçriləcəyi TARİX AÇIQLANDI- FOTOLAR

Bir çox biznes və media nümayəndəsinin maraq dairəsində olan "Azerbaijan Best Awards" mükafatlandırma mərasimi fevralın 3-də, "Boulevard Hotel Baku"da keçiriləcək.

News24.az xəbər verir ki, nüfuzlu mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, idman, moda, ictimai xadimlər, memar-dizaynerlerə, elm xadimləri, influencerlər müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. 

Mükafat alanalar arasında, Xarici ölklərin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Adel İbrahim, Adil Embarş və Husnan Bəy Fənanie, Xalq artistləri Həmidə Ömərova, İlham Namiq Kamal, Nisə Qasımova, Faiq Ağayev, əməkdar incəsənət xadimi Fəxiyyə Xələfova, müğənnilərdən Zamiq Hüseynov, Çingiz Mustafayev, Eldar Qasımov, Günay İbrahimli, Sevda Yəhyayeva, Nura Suri, Xəyyam Nisanov, Dilarə Kazımova, Natəvan Həbibi, TV aparıcılardan, Afaq Gəncəli, Vüsalə Əlizadə, Zümrüd Bədəlova, Suna Kasımoğlu, idmançılardan, Eduard Məmmədov, Tofiq Musayev və futbolçu Mahir Emrəli,  tibb sektorundan Dr. Xəyal Səmədov, Dr Azay Musayeva, Dr. Svetlana İbadullayeva, Dr Cəmilə Hüseynova və Dr. Sevinc Heydərova, biznes sektorundan Şahin Mirikişili, Ramil Rzayev, Cəlal Kəngərli, Ruslan Mamedov, icimai şəxslərdən Pərvin Şərifov, memarlardan Əfsanə Muradova dəb sektorundan, Leyli Zalova, Elnur Həsənov, Günəş Nur, Aynur Talıblı və s olacaq.

Mükafatlandıranlar arasında il ərzində qazandığı uğurlara görə News24.az saytı və News24.az-ın baş redaktoru, jurnalsit Ülkər Qasımova da var. 

Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Tədbir saat 17:00-da başlayacaq. Öncə qonaqlar möhtəşəm qırmızı xalı şousunda iştirak edəcəklər. Gecənin proqramında qonaqlar müxtəlif markaların moda şoularını da izləyə, tədbir bitdikdən sonra isə mükafatçılar DJ Çinanın müşayiəti ilə, after party-də iştirak edəcəklər. Mükafatlandırma mərasimində yerli məşhurlarla yanaşı, əcnəbi tanınmışların da iştirakı gözlənilir.

Layihənin təşkilatçıları Ləman Mirtalıblı və Aqil Məmiyevdir.