Koronavirus adı ilə Bakıda bəyi toydan apardılar
    • 7-03-2020, 23:52
    • 1 626

Koronavirus adı ilə Bakıda bəyi toydan apardılar

Azərbaycanda şadlıq saraylarının birində baş tutan toy mərasimində qəribə hadisə baş verib. 

News24.az xəbər verir ki, zala daxil olan koronavirusa görə xüsusi geyimdə və maskalı bir neçə şəxs bəyi toy mərasimindən qaçırıblar. 

Qonaqlar təəccüblə bu mənzərəni seyr etsə də, bunu bəyin dostlarının etdiyi deyilir. Belə ki, dostlar "bəyin oğurlanması" adətini bu cür tətbiq ediblər.