Bakıda marşrut avtobusunda biabırçı görüntü – FOTO
    • 10-03-2020, 14:04
    • 1 386

Bakıda marşrut avtobusunda biabırçı görüntü – FOTO

Bakının Sahil qəsəbəsində fəaliyyət göstərən 149 saylı marşrut avtobusunda çəkilmiş foto müzakirələrə səbəb olub.

News24.az-ın məlumatına görə, qəsəbədən Lökbatana sərnişin daşıyan avtobusun salonunda oturacaqların sökülməsi səbəbindən sərnişinlərdən biri yeni aldığı stulu üst-üstə qoyaraq oturub.

Qeyd edək ki, Bakıdakı bəzi marşrut avtobuslarının sürücüləri daha çox sərnişin götürə bilmək üçün avtobusun salonundakı bəzi oturacaqları sökürlər. Bu yolla onlar ayaqüstə dayanmaq üçün daha çox sərnişini avtobusa mindirə bilirlər.