Azərbaycanda karantində olan şəxslərə bayram sovqatı paylandı - VİDEO
    • 17-03-2020, 21:55
    • 1 260

Azərbaycanda karantində olan şəxslərə bayram sovqatı paylandı - VİDEO

Bu gün Masallı Xəstəxanasında koronavirusa görə karantində olan şəxsləri axır çərşənbə münasibətilə təbrik ediblər. 


News24.az xəbər verir ki, xəstəxananın kollektivi karantində olanlar üçün bayram xonçası, sovqatlar hazırlayaraq palatalarına gətirib. Pasientlərə tezliklə evə dönmələri, gələn il bayramı öz evlərində sağlam şəkildə qeyd etmələri arzulanıb.