Koreya Respublikasındakı həmvətənlərimizə Novruz sovqatı paylanılıb
    • 22-03-2020, 00:04
    • 1 018

Koreya Respublikasındakı həmvətənlərimizə Novruz sovqatı paylanılıb

Koreya Respublikasında yeni növ koronavirusun (COVID-19) yayılması və bununla əlaqədar ölkədə əksər kütləvi tədbirlərin təxirə salınması səbəbindən Seuldakı səfirliyimiz tərəfindən cari ildə Novruz bayramı şənliyi keçirilməyib.


Səfirlikdən News24.az-a bildiriblər ki, bayram münasibəti ilə Koreyada, xüsusən də Seul və paytaxt ətrafı ərazilərdə yaşayan vətəndaşlarımız üçün gigiyenik və sanitar qaydalara tam riayət olunmaqla, ev şəraitində Novruz sovqatları hazırlanıb. Səfir Rəmzi Teymurovun xanımının təşəbbüsü və səfirliyin əməkdaşlarının həyat yoldaşlarının, habelə Koreyadakı diasporumuzun bir neçə üzvünün iştirakı ilə məhdud sayda hazırlanmış bayram sovqatları martın 21-də səfirlikdə həmvətənlərimizə təqdim olunub.


Novruz sovqatlarının paylanması Koreya Respublikası hökuməti tərəfindən tövsiyə olunan gigiyena və sanitariya qaydalarına tam uyğun şəkildə həyata keçirilib.