Bakı Media Mərkəzindən koronavirusun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək -Video
    • 31-03-2020, 20:45
    • 954

Bakı Media Mərkəzindən koronavirusun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək -Video

Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video çarxı hazırlayıb.


Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni  videoçarx hazırlayıb.

Video, hazırda dünya üzrə COVID-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub. İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının dost İtaliya xalqına dəstəyi ifadə olunur.


İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.


Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.


News24.az həmin videonu təqdim edirik.