Səssiz Bakı - FOTO - VİDEO
    • 8-04-2020, 21:02
    • 1 549

Səssiz Bakı - FOTO - VİDEO

Bakının bu səssizliyi adamı dəli edir, həm də vahiməyə salır. 

İzdiham içində “zəhmət olmazsa yol verin keçim” dediyimiz küçələrdə hazırda karantin rejiminə nəzarət edən polislərdən başqa insan üzü görmək mümkün deyil.

Məşhur “Tarqovıy”ın daimi sakinləri isə pişiklər olub. Onlar da insanlar üçün darıxıb, deyəsən. Büzüşüb ətrafdan keçən tək-tük sakinləri izləyirlər, sanki qayğı istəyirlər. 

Bağlı restoranları, mağazaları, kinoteatrları, dayanmış karuselləri görmək ürək dağlayır. 

Deyirlər, sayılı günlər tez keçər. Bu günlər də keçəcək, Bakı darıxdığı izdihamına qovuşacaq. Həyat öz axarına düşəcək. 

Bir koronaviruslu xəstənin 5 nəfəri yoluxdurma təhlükəsinin olduğunu nəzərə alsaq, indi evdə oturmaq vaxtıdır. Çünki məhz evdə qalaraq özümüzü, ailəmizi və sevdiklərimizi qoruya bilərik.

News24.az səssiz Bakıdan olan görüntüləri təqdim edir:

FOTO/VİDEO: Fərid Şabanov
Video Montaj: Adil Ağayev