Koronavirusun bu simptomları da AŞKARLANDI
    • 11-04-2020, 19:56
    • 1 209

Koronavirusun bu simptomları da AŞKARLANDI

Koronavirusun yeni simptomları bəlli olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, çinli alimlər bildirib ki, bəzi xəstələrdə koordinasiya və danışıq pozğunluğu müşahidə edilib. 

Uhandakı 214 COVID-19 yoluxmaları ilə bağlı məlumatları araşdırdıqdan sonra mütəxəssislər ümumilikdə xəstələrin 36 faizinin və xüsusilə xəstəliyin ağır gedişatı olan 46 faiz şəxsdə nevroloji problemlər müəyyən ediblər.

Bunların arasında həmçinin beyində qan dövranın pozulması, bulanıqlı şüur və əzələ zəifliy də var.