Söhbət, intim həyat, plan - KARANTİNDƏN SONRA BOŞANMAMAĞIN QAYDALARI
    • 11-05-2020, 16:49
    • 785

Söhbət, intim həyat, plan - KARANTİNDƏN SONRA BOŞANMAMAĞIN QAYDALARI

Koronavirus əslində çox müdrik virusdur. İnsanları evə qovaraq bir-biri ilə ünsiyyətdə olmağa məcbur edir.

Əvvəllər tərəfdaşlar iş adı ilə bir-birindən qaça və ya uşaqlar üçün narahatlıqların arxasında gizlənirdilərsə, hazırda münasibətlərin yoxlanılmasının qarşısını almaq mümkünsüz olub.

Yoxlamalar nəticəsində cütlüklər ümumiyyətlə yanlış insanla birlikdə yaşadıqlarını və ya əksinə tərəfdaşlarını görüb yenidən aşiq olduqlarını başa düşə bilərlər.

News24.az karantin dövründə münasibətləri korlayıb boşanmamaq üçün atılmalı olan addımları təqdim edir:

1. Özünüzü qarşınızdakı şəxsin yerinə qoyun

Bunun üçün özünüzü daha yaxından tanımalısınız. Daha sonra isə bu məlumatları həyat yoldaşınıza ötürməlisiniz. Bəzən cütlüklərin illərlə birlikdə yaşamalarına baxmayaraq bir-birlərinin xasiyyətinə bələd olmurlar. Karantin şəraiti isə bunun üçün tam zamanıdır. 

2. Birlikdə işlər planlaşdırın

Başqalarını müzakirə etmək və keçmişə görə təəssüflənmək əvəzinə, yaxın gələcəyinizi daha yaxşı planlaşdırın. Koronavirus karantini zamanı hərəkətlərinizi bölüşmək və təyin etməyiniz məsləhət olunur.

Üstəlik, indi bu işlər tamamilə fərqli olacaq. Misal üçün yuxudan oyanmaq, geyinmək, işə getmək əvəzinə oyandı, həyat yoldaşı ilə danışdı, uşaqlarla oynadı, gəzməyə meşəyə getdi. Bunu əsl rituala çevirmək məsləhət olunur. Bu gün əvvəllər olmadığı kimi, ailə dəyərlərinizi və adət-ənənələrinizi formalaşdırmaq məqsədəuyğundur.

3. Evdə özünüzə aid yer təşkil edin

Uşaqları olan valideynlər çox vaxt ehtiyaclarını həyata keçirə bilmirlər. Buna görə onların tək qala biləcəkləri yer lazım olur. Eyni zamanda, tərəddüd etmədən və vicdan əzabı çəkmədən qohumlara öz otağınızda oturub düşünəcəyiniz və dincələcəyinizi deyə bilərsiniz.

4. Söhbət edin

Ən çox şikayət budur. Çütlüklər bir-biri ilə ünsiyyət qurmaq istəmirlər. İndi danışmaq çox vacibdir. Bunun nə olduğunu bilmirsinizsə, birlikdə film izləyin və müzakirə edin. Məlumat paylaşın. Bu çox vacib dir. Axı, söhbət həm də bu gün həqiqətən ehtiyac duyduğumuz enerji mübadiləsindən gedir. 

5. İntim həyatınızı qaydasına salın

Bəziləri karantin zamanı eyniliklərdən daha çox bezdiklərini bildirilər. Tərəfdaşınızla intim həyatınızda etmək istədiyiniz on nüansın siyahısını yazın və bir-briinizlə bölüşün.

Üst-üstə düşən fikirləri həyata keçirin. Axı, karantin, yalnız həyat yoldaşınızla münasibətlərinizi deyil, həm də intim həyatınızı nizama salmağın vaxtıdır.