"Liatris Holding" 2 yaşını QEYD EDİR - VİDEO

"Liatris Holding" 2 yaşını QEYD EDİR - VİDEO
MARAQLI / Video

01 iyun 2020, 00:00

Mətn ölçüsü

Bu gün Azərbaycanın tanınmış işgüzar xanımı Ruhi Əliyevanın rəhbəri olduğu “Liatris Holding”in yaranmasından 2 il ötür.

Holding yarandığı gündən başlayaraq böyük layihələrə imza  atıb. 

Ruhi Əliyevanın rəhbərliyi ilə “Liatris Holding” Azərbaycanda ilk dəfə Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Sılanın konsertini yüksək səviyyədə təşkil edib. 

Bir neçə ay sonra isə eyni məkanda səhnəyə çıxan türkiyəli ulduz Sibel Canın da konsertini məhz “Liatris Holding” ərsəyə gətirib. 

Şirkət növbəti böyük uğura isə Türkiyədə baş rollarını Onur Tuna ilə Tuvana Türkayın canlandırdığı “Ağır Romantik” filmini çəkməklə atıb. Ekran işinin təmtəraqlı təqdimatı həm İstanbulda, həm də Bakıda baş tutub. 

Bundan başqa, “Liatris Holding”in təşkilatçılığı ilə silsilə şəkildə "Qadına şiddətə son" sosial layihəsi həyata keçirib. Bu layihələrə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi də dəstək verib. 

Ötən il isə holdingin 1 ilinin tamam olması münasibəti həm də 1 İyun Uşaqların Müdafiəsi Günü ilə əlaqədar uşaqlar arasında rəsm müsabiqəsi baş tutub. Qaliblər mükafatlandırılıb. 

Ruhi Əliyevanın təşəbbüsü  ilə “Liatris Holding" pandemiya dövründə həm Bakıda, həm də Tovuzda imkansız ailələrə ərzaq yardımları edib.

Ümumiyyətlə isə holding özündə “Liatris travel”, "Liatris production", News24.az xəbər portalı, "MRH" Milli Reklam Agentliyi kimi şirkətləri cəmləşdirir.