Satılmayan şərablardan əl antiseptikləri hazırlanacaq

Satılmayan şərablardan əl antiseptikləri hazırlanacaq
MARAQLI

06 iyun 2020, 13:44

Mətn ölçüsü

Fransız şərabçılar koronavirus pandemiyası zamanı satılmayan şərabdan əl antiseptikləri hazırlamağa başlayıblar.

News24.az
"The Guardian"a istinadən xəbər verir ki, bunun üçün 33 şərab zavodundan iki milyon hektolitr şərab istifadə ediləcək. Ötən ildən bəri üç milyon hektolitr şərab istehsalçılarının zirzəmilərində qalıb.

Qeyd edək ki, bir hektolitr 100 litrə bərabər edilir. Bu sxem Avropa Birliyi tərəfindən dəstəklənib və maliyyələşdirilib.

Şərabı əl təmizləyicisinə çevirmək ideyası, sektorda koronavirus pandemiyasının səbəb olduğu aşağı satış səbəbiylə yaranıb.

Ölkədəki səlahiyyətlilərin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən restoran və barlar iki ay bağlanıb və şampan satışları xüsusilə kəskin şəkildə aşağı düşüb.