Yaşlanmanı gecikdirir, təzyiq və şəkəri tənzimləyir – Bir çox ağrıya məlhəm olan MÖCÜZƏVİ VİTAMİN

Yaşlanmanı gecikdirir, təzyiq və şəkəri tənzimləyir – Bir çox ağrıya məlhəm olan MÖCÜZƏVİ VİTAMİN
MARAQLI

12 avqust 2020, 17:21

Mətn ölçüsü


Bədənimizdəki kapilyarların keçiriciliyinə və gücünə müsbət təsir göstərən və damarları qoruyan P vitamini qanın bədənə yayılmasına imkan verir. 


News24.az xəbər verir ki, P vitamini təbiətdə saf sarı rəngdə özünü büruzə verir. 

Suda həll edilən bu vitamin C vitamini ilə oxşar xüsusiyyətlərə malikdir. Hər ikisinə eyni qidalarda rast gəlmək mümkündür. 

P vitamini çatışmazlığının əlamətləri hansılardır?

Çox da tanınmayan bu vitaminin çatışmazlığından əzələlərdə və budlarda kramplar meydana gələ bilər. Bu vitaminin çatımazlığından ürək döyüntüsü arta bilər. Bundan əlavə, P vitamini çatışmazlığında oynaqlarda şişkinlik və tarazlığın itirilməsi müşahidə edilə bilər. P vitamini çatışmazlığı olan insanlarda kapilyar və membranlarda, həmçinin, toxuma hüceyrələri arasında bəzi sementit maddələr aşkar edilib. İltihab, toxumalarda ağrılı şiş, qızartı və qanaxma kimi əlamətləri də mövcuddur.

P vitamininin faydaları nələrdir?

P vitamini kollagen toxumasının möhkəmliyini və elastikliyini təmin edir. Şəkərli diabet, hemeroid, varikoz, diabetik qanaxma, menstruasiya, diş əti qanaması və göz problemlərində faydalıdır.

Soyuqdəyməyə qarşı təsirlidir.

P vitamini oksidləşmədən qoruyur və dolayı yolla C vitamininin təsirini artırır.
Şişlik, iltihab, astma və allergiyada effektlidir. D vitamini ilə birgə menstruasiya, beyin qanaması və insult zamanı radiasiya təsirinin azaldılmasında təsirli olduğu bildirilir. Bundan əlavə, P1 vitamini yüksək təzyiqi azaldan güclü bir antioksidantdır.
 
Yaşlanmanı gecikdirir. 

P vitamini dəridəki kollageni qoruyur və yaşlanmanı gecikdirir. Yaşlandığımız zaman bədəndəki kalogen miqdarı azalır. Kalogen quruluşun qorunması sağlam və gənc görünən dəri quruluşu üçün çox vacibdir.

P vitamini hansı qidalarda var?

Şabalıd qabığı, kahı, təzə bibər, fıstıq, sitrus meyvələri, bənövşə yarpaqları, yumurta, qarağat, kivi, soğan, qızılgül, limon, ispanaq, kələm və yaşıl çayda bu vitaminə rast gəlmək mümkündür.

Məhərrəm